Həyat yoldaşını öldürən “Buta Palace”ın keçmiş art-direktoru Ramiz Taxveli dünyasını dəyişib. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Buta Palace”ın keçmiş art-direktoru bir neçə ay öncə müalicə aldığı psixiatriya xəstəxanasında vəfat edib.
Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin eyvanından ataraq qəsdən öldürmüşdü.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə R.Taxveli ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.