Keçmiş deputat Hadı Rəcəbli vəfat edib. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az xəbər verir.
O, bu gün 76 yaşında dünyasını dəyişib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, səhər saatlarında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabiq sədrinin səhhəti pisləşib. Ünvana təcili tibbi yardım briqadası gəlib və Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.