Türkiyənin xarici işlər naziri Fəxri xiyabanı ziyarət edib. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hakan Fidan Azərbaycana rəsmi səfəri çərçivəsində ulu öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
Siyasətçi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Daha sonra o, “Türk şəhidliyi” və “Əbədi məşəl” abidələrinin önünə əklil qoyub.
[caption id="attachment_123273" align="alignnone" width="640"]
Foto Report.az[/caption]