Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
4 aprel gün ərzində hava şəraiti kəskin dəyişərək, güclü külək əsəcək və yağış yağacaq. Bununla bağlı FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
"Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur”, – deyə qurum qeyd edib.
Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.