Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməsi tələb olunur.