Yasamal rayonunda yerləşən “Bravo” supermarketində spirtli içkiləri sındıran şəxs barəsində istintaq yekunlaşıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
İkram Hüseynov barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.
Hadisə cari ilin iyun ayında “Bravo” supermarketində baş verib. Marketə gələn Hüseynov orada olan spirtli içkiləri: “Haramdır”, – deyərək sındırıb. O, ticarət obyektinə 9000 manata yaxın ziyan vurub.