top
Həbsdə ölən məşhur yazıçımızın anım günüdür
03 yanvar 2026, 10:34
- ↺ +

Həbsdə ölən məşhur yazıçımızın anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Yusif Vəzir Çəmənzəminlinin anım günüdür.

Yusif Vəzir Çəmənzəminli 1887- ci ildə Şuşada anadan olub. Atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.

1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alıb.

Əsərlərini "Bədbəxt", "Haqq tərəfdarı", "Müsavi", "Stradayuşiy", "Sərsəm" və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü "Çəmənzəminlidir". O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə "Yeddi hekayə", 1913-cü ildə isə "Həyat səhifələri" adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları da işıq üzü görüb.

Repressiya dövründə - 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.

Qorki vilayətinin Suxobezvodnoya stansiyasındakı həbs düşərgəsində yaradıcılığını davam etdirən Yusif xəstə olduğu üçün əlyazmalarını saxlaması üçün orda çalışan bir rus qadınına verib. Lakin sonradan məlum olub ki, bütün saxlanılan yazılar nəm şəraitdə qaldığından çürüyərək məhv olub.

Həmişə ziyalı ömür yaşayan bir insanı ağır fiziki əmək, aclıq, düşərgədəki həyat tərzi xəstəliyə tutulmasına səbəb olub. O, həbsdə pellaqra xəstəliyinə tutulub. Beləliklə də, bu xəstəlik səbəbindən yəni, acından şişmə nəticəsində 1943-cü il yanvar ayının 3-də vəfat edib. Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunan Yusif Vəzirə 1956-cı ildə bəraət verilib.

Həmin dövrdə ailəsi onun ölümündən xəbər tuta bilməyib. Çünki Çəmənzəminlidən heç bir məktub gəlməyib və ona göndərilən bağlamaların da çatıb-çatmadığını bilməyiblər. Amma o, səkkiz il həbs cəzasının üçüncü ilində vəfat edib.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər