Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar Heydər Əliyev Mərkəzinin fəaliyyəti dayandırılacaq. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bayramlarla bağlı mədəniyyət ocağı dekabrın 31-dən yanvarın 3-nə qədər işləməyəcək.
4-6 yanvar tarixlərində isə Heydər Əliyev Mərkəzi saat 11:00-18:00 aralığında, kassa isə saat 17:00-dək işləyəcək.