Heydər Əliyev prospekti qismən bağlanacaq. Bu haqda bu gün, 3 fevral tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Prospektin yan yolunda, Bağırov körpüsünün alt hissəsindəki tuneldə, şəhərin mərkəzi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar hərəkətə məhdudiyyət qoyulacaq.
Yol 5 fevral saat 09:00-dan saat 16:00-a qədər bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.