Bakının Heydər Əliyev prospektində yol qəzası nəticəsində sıxlıq yaranıb. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
“ASAN Xidmət”in qarşısında baş verən yol qəzası nəticəsində mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq məqsədilə əraziyə polis əməkdaşları cəlb olunublar.