Heydər Əliyev sarayında dəyişikliklər olacaq. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Saraya yeni təyin olunan direktor İlham Qasımovun sözlərinə görə, yaxın aylarda sarayda bir sıra dəyişikliklər olacaq.
“Təbii ki, müəyyən planlar var və onları həyata keçirəcəyik. Düşünmürəm ki, yaxın 3 ayda nəsə eşidəcəyik, ancaq yaza doğru xəbərlər olacaq”, – deyə o bildirib.
İ.Qasımov cari ilin 25 noyabr tarixində Heydər Əliyev sarayının direktoru vəzifəsinə təyinat alıb.