Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Qasımov 1977-ci ildə anadan olub, 90-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. Daha sonra ABA TV-də (Azerbaijan Brodcasting Agency) müxtəlif vəzifələri tutub. Son 23 il ərzində müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.