Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Nicat Tanrıverdiyevin əziz xatirəsi yad edilib. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinə istinadən məlumat verir.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri və digər ictimai xadimlər İkinci Fəxri xiyabanda yerləşən şəhidin məzarını ziyarət edib, məzarın üzərinə gül-çiçək dəstələri düzüblər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
[caption id="attachment_119312" align="alignnone" width="640"]
Foto Nəsimi Rayon İcra Hakimiyyəti[/caption]