Prezidentin köməkçisi Hikmət Hacıyev silahlarını təhvil verən ermənilər üçün amnistiya tətbiq edilə biləcəyini qeyd edib. Bu haqda o, Reuters nəşrinə verilən müsahibədə deyib.
Onun sözlərinə görə, qanunsuz erməni birləşmələrinin üzvlərindən kim silahını təhvil verərsə, Qarabağı tərk etməsinə icazə verilə bilər.
"Bəzi silahlı qruplar isə müqaviməti davam etdirəcəklərini bildiriblər", – deyə Hikmət Hacıyev vurğulayıb.