Hikmət Mirzəyevə vəzifə verilib. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
General-leytenant müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Quru Qoşunların komandanı, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıb.
Hikmət Mirzəyev 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad olunması əməliyyatına rəhbərlik edib. O, Vətən Müharibəsi Qəhrəmanıdır.