Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevlə vida mərasimi keçirilib. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Mərhumun Bakıdakı evində baş tutmuş mərasimə ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri qoşulublar.
Əliyev ötən gün dünyasını dəyişib.
Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub. O, Milli Məclisin I və II çağırış üzvü, parlamentin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub. 2002-2011-ci illərdə Azərbaycanın Çindəki şəfiri, eyni zamanda 2004-2011-ci illərdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı səfiri olub.
Mərhum diplomat Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.