Çingiz Abdullayev xəstəxanada müalicə alır. Bu haqda bu gün, 13 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
65 yaşlı Xalq yazıçısı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. Onun həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib.
Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılmış, sonra evə buraxılmışdı. Yazıçının səhhəti sonra yenidən pisləşmiş və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.