Bakıda Çingiz Aytmatovun abidəsi quraşdırılıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıda ucaldılacaq abidəsi quraşdırılıb. Abidə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi və Binəqədi şosesinin kəsişməsindəki parka gətirilib.
Abidənin təntənəli formada açılışının olması gözlənilir.