“Jukovski” hava limanından Bakıya birbaşa aviareyslər təşkil olunacaq. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cari ilin aprel ayının sonundan etibarən “Ural Hava Yolları” Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya birbaşa reysləri bərpa edəcək.
“Jukovski” – Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə – cümə və şənbə günləri həyata keçiriləcək. Geriyə reyslər şənbə və bazar günləri baş tutacaq.
Aviaşirkət reyslərə aviabiletlərin satışını artıq başladıb.