Baş redaktorun oğlu polis rəisi təyin olunub. Bu haqda bu gün, 11 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polis mayoru Sahil Quliyev Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi vəzifəsinə müvəqqəti təyin olunub. O, daha öncə həmin bölmədə rəis müavini vəzifəsində çalışırdı.
S.Quliyev “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğludur.
Ötən gün adıçəkilən bölmənin rəisinin sərəncama götürülməsi ilə bağlı məlumat verilmişdir.