Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Yarmarkada 80-ə yaxın çeşiddə təbii kənd məhsulları təqdim olunacaq. Məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yoxlanılır.
Satış yarmarkası 9 və 10 dekabr tarixlərində Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) baş tutacaq.