Bakıda “Kənddən şəhərə” bayram yarmarkası davam edir. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az xəbər verir.
“Gənclik” metro stansiyası və “İnqilab” kinoteatrının yanında təşkil olunan yarmarkada 90-dan artıq çeşiddə məhsullar təqdim edilir.
Yarmarkada balların qiyməti 25-50 AZN, almaların qiyməti 0.50, 0.70 və 1.50 AZN, balıq 6.5-13 AZN, çərəzlər 4-17 AZN, səmənilər isə 1.50-35 AZN arası dəyişir.
Satış 19 mart tarixinə qədər davam edəcək. Dəqiq ünvanı buradan öyrənmək mümkündür. Həmçinin Novruz yarmarkaları barədə məlumata buradan baxa bilərsiniz.
[URIS id=94195]