Kür - Bakı su kəməri yenidən qurulacaq. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Yenidənqurma işləri çərçivəsində magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenilənəcək. Kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluqda hissəsi dəyişdiriləcək.
Cari ilin may ayında xəttin həmin hissəsində qəza baş vermişdi.