Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran-Kürdəxanı şosesinin 14-cü kilometrində yerləşən dönərxanada nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı obyektdə sanitar-gigiyenik qaydalara riayət olunmaması, qida məhsullarının ağzı açıq qablarda saxlanılması, eləcə də inqrediyentlərin çirklənmədən mühafizə olunmaması müəyyən olunub.
Faktla bağlı müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub.