Sabunçu rayonunda körpəsini zibil yeşiyinə tullayan ana barəsində yeni xəbər var. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
31 yaşlı Səbinə Qasımova barəsində cinayət işi açılıb. Onun haqqında araşdırmalar davam edir.
Bir neçə gün öncə Sabunçu rayonu, Q.Vəzirov küçəsində ana doğma körpəsini zibil yeşiyinə atmışdı.