"Kanal 11" internet televiziyasının həbsdə olan rəhbəri ilə bağlı yeni ittihamlar irəli sürülüb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Teymur Kərimova qarşı əlavə ittiham irəli sürüldüyü bildirilir.
"Əvvəl Teymur Kərimova qarşı “xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə” maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddəsi ilə ittiham əlavə olunub", – deyə T.Kərimovun vəkili Nemət Kərimli məlumat yayıb.