Bakıda ötən gecə toplanılan yardım barədə Türkiyə mediası paylaşımlar edib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Bir neçə türk portalı Bakıda təşkil olunan yardım kampaniyası barədə yazıb. Başlıqlarda “Kardeşlik yollara sığmadı” və “Azerbaycan halı seferber oldu” kimi yazılar əks olunub.
Yardım kampaniyası bu gün də davam edir.