top
Keçmişdə Murtuza Muxtarovun iqamətgahı olan Dendrologiya bağı bərpa olunur - VİDEO
11 avqust 2023, 03:10
- ↺ +

Keçmişdə Murtuza Muxtarovun iqamətgahı olan Dendrologiya bağı bərpa olunur - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya bağında ötən ilin noyabr ayından təmir-bərpa işləri aparılır. Bu proses xarici memar və mütəxəssislərin layihələri əsasında həyata keçirilir. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Bərpa zamanı bağın ərazisində yerləşən istixanalar, inzibati binalar, ərazi boyunca uzanan hasar yenidən qurulur, nəzarət-buraxılış məntəqəsi, köməkçi tikililər əsaslı təmir olunur.

1895-1920-ci illər arasında Dendrologiya bağı xeyriyyəçi və neft sahibkarı Murtuza Muxtarovun şəxsi bağ evi olub. Hazırda Murtuza Muxtarovun bu ev-muzeyi də təmir-bərpa edilir. Evdə bərkitmə işləri görülür. Görülən işlər nəticəsində evin əvvəlki görkəminə qaytarılması nəzərdə tutulub.

Bağın ərazisindəki hovuzun da bərpası aparılır. Onun ətrafında qoruyucu divarlar, məhəccərlər tikiləcək. Hovuza qalxmaq üçün istifadə olunan pilləkənlər artıq çox köhnə olduğundan təhlükəlidir. Təmir-bərpa prosesində hovuzun ümumilikdə əsaslı təmiri həyata keçiriləcək.

Məşhur rus şairi Serqey Yeseninin ev-muzeyinində də təməli möhkəmləndirilir və əsaslı təmir olunur.

Vaxtilə subtropik bitkiçiliyin inkişafına səbəb olan bağda hazırda 600-dək bitki növü, müxtəlif növ ağaclar, güllər, nəsli kəsilməkdə olan endomik bitkilər var. Bağın 8 hektar ərazisində isə adı Qırmızı kitaba salınmış 141 növ ağac və kol bitkiləri mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bir çox elmi tədqiqat institutlarının mütəxəssisləri tərəfindən bağa baxış keçirilib və qurumuş xəstə ağacların müalicə edilməsi məqsədilə müxtəlif rəylər alınıb. Bundan əlavə, yeni layihəyə əsasən, ağacların və yaşıllıqların sayının artırılması, nəzarət və qulluq işlərinin gücləndirilməsi də həyata keçirilir.

Bərpa zamanı həmçinin bağın bütün ərazisinin abadlaşdırılması planlaşdırılır. Burada müasir işıqlandırma sistemlərinin quraşdırılması, piyada yollarının çəkilməsi, uşaq əyləncə meydançalarının salınması nəzərdə tutulub. Təmir işləri gələn il başa çatdırılacaq.

Qeyd edək ki, neft maqnatının bağ evi 1925-ci ildən etibarın dövlətin mülkiyyətinə keçib və burada bir sıra institutlar fəaliyyət göstərib. Nazirlər Kabinetinin 2014-cü il qərarı ilə AMEA-nın Mərdəkan dendrarisi Dendrologiya İnstitutu adlandırılıb. Hazırda Nazirlər Kabinetinin 2022-ci il qərarı ilə ərazidə “Dendrologiya bağı” publik hüquqi şəxs yaradılıb və Bakı ŞİH başçısının tabeliyində “Dendrologiya bağı” publik hüquqi şəxs, eyni zamanda Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu fəaliyyət göstərir.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər