Keçmiş həyat yoldaşı və övladlarını öldürmək istəyən şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən şəxs 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin avqust ayında Pirşağı qəsəbəsində baş verib. 40 yaşlı İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün yaşayış ünvanında qumbaranı partladaraq həyat yoldaşı ilə görüş tələb etmişdi.