Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciət edib:
"Kimsə sizə: “Bank kartınızı göndərin, yardım edəcəyəm”, – desə, göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı: “Bank kartınızı göndərin, beh verim”, – desə, göndərməyin! Kimsə sizə: “Kampaniya var! Ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin”, – desə, etməyin! Kimsə sizə: “Onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiniz”, – desə, qoşulmayın! Hamısı yalandır!”, – deyə müraciətdə bildirilir.
Qurum hamıdan dəstək olmağa və məlumatlandırılmada kömək etməyə xahiş edir.