“Ödənişli Bakı-Quba yolunda sürət həddini göstərən yol nişanları sürücülərə xatırlatma məqsədilə qurulub. Kim istəyirsə, artıq sürsün”, – bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Qurum rəsmisi ölkə ərazisində magistral yollarda maksimal icazə verilən sürətin 110 km/saat olduğunu qeyd edib.
Lakin o, onu da əlavə edib ki, ödənişli yolda nişanlar xəbərdarlıq üçün quraşdırılıb.
“Orada heç bir radar və nəzarət yoxdur. 110 km/saat-dan yuxarı sürətlə kim sürmək istəyirsə, sürsün”, – deyə Məmmədov əlavə edib.