top
Kişi sevgilisini ondan qabaqda getdiyinə görə döydü
10 iyun 2026, 12:30
- ↺ +

Kişi sevgilisini ondan qabaqda getdiyinə görə döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cabir Cəbrayılovun  cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
İttihama görə, hadisə 2026-cı ilin yanvar ayında gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib.

Cabir Cəbrayılov qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Vəsilə Məmmədova ilə birlikdə yaşayış məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qadının irəlidə getməsi və bununla bağlı təqsirləndirilən şəxsin ona irad bildirməsi olub. Mübahisə zamanı tərəflər arasında gərginlik artıb və qarşılıqlı narazılıq yaranıb. Bu zaman Vəsilə Məmmədova Cabir Cəbrayılovun ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən təqsirləndirilən şəxs qadına qarşı fiziki zor tətbiq edib və onun sifət nahiyəsinə şillə vurub.

Hadisə nəticəsində zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb. Məhkəmənin hazırlıq iclasında ifadə verən Vəsilə Məmmədova təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. Qadın bildirib ki, ona vurulmuş zərər tam ödənilib, Cabirə qarşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur.

Məhkəmənin hökmü ilə Cabir Cəbrayılov cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, ad və soyadlar şərti verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər