Bakıda daha bir məktəbdə distant təhsil tətbiq olunub.
XəzərXəbər-ə istinadən Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli məktəbin 5a sinfində təhsil alan 10 yaşlı şagird koronavirusa yoluxub.
Bu səbəbdən sinif 14 günlük distant təhsilə keçib.
Həmçinin, bu gün paytaxtın Nərimanov rayonunda yerləşən 212 nömrəli tam orta məktəb 14 günlük distant təhsilə keçib. Bu təhsil müəssisəsində 6 müəllim və 5 şagird koronavirusa yoluxub.