top
Ölümcül avtomobil qəzası törədən qızın məhkəməsi başa çatıb
23 fevral 2023, 06:19
- ↺ +

Ölümcül avtomobil qəzası törədən qızın məhkəməsi başa çatıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin oktyabr ayında Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən zəncirvari qəzanı törədən 24 yaşlı İlkanə Əhmədovanın məhkəməsi başa çatıb. Bu haqda bu gün, 23 fevral tarixində Qafqazinfo məlumat verib.

Sabunçu Rayon Məhkəməsinin 22 fevral tarixli hökmü ilə İ.Əhmədova 1 il 6 ay avtomobil idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəyi qeyd edilib.

İstintaq zamanı İ.Əhmədovanın mərhum F.Umudovun ailəsi ilə barışdığı, dəymiş ziyanı ödədiyi məlum olub.

İfadə verən F.Umudovun atası 24 yaşlı xanım sürücüdən şikayətçi olmadığını bildirib.

Qəza hadisəsi 10 oktyabr, saat 17:20-də Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində, “Nail Market”in qarşısında baş verib. “Chevrolet” markalı avtomobili idarə edən Sumqayıt şəhər sakini, 23 yaşlı İlkanə Əhmədova sükana nəzarəti itirib. Nəticədə o, yolun kənarında dayanan "Mitsubishi" markalı avtomobilə çarpılıb. Zərbənin gücündən “Mitsubishi” hərəkətdə olan “Audi” markalı avtomobillə toqquşub.

İlkanə Əhmədova sərxoş vəziyyətdə olmadığı müəyyən olunub.

Qəzasında həlak olan Fəxri Umudovun həyat yoldaşı Nahidə Umudova yaşadığı evin həyətindəki qaz borusundan özünü asıb. İntihardan əvvəl o, həyat yoldaşının telefonuna “Mən sənsiz qala bilmərəm” mesajı yazıb. Umudovlar 18 il evli olublar. 3 il əvvəl onların övladı dünyaya gəlib.

Son xəbərlər

Xəbər
Bu gün, 10:09

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Oxşar xəbərlər