Ələsgər Məmmədli barədə qərar verilib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barəsində Xətai Rayon Məhkəməsində qərar verilib. Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb. Vəsatət təmin olunmayıb.
9 mart tarixində məhkəmənin qərarı ilə Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.