Bakı yaxınlığında daha bir hava limanı inşa olunacaq. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ələt Azad İqtisadi Zonasında yerləşən aeroport beynəlxalq karqo funksiyasını daşıyacaq. Hava limanının inşasının 2026-cı ilin ilk rübünə qədər yekunlaşması planlaşdırılır.
Hava limanının illik yükaşırma gücünün ilkin mərhələdə 500.000 ton olacağı, daha sonra isə 1 milyon 500 min tona qədər artacağı planlaşdırılır. Burada, ilk növbədə, azad iqtisadi zonada fəaliyyət göstərən müəssisələrin yüklərinin təyyarə ilə daşınması təmin ediləcək.
Daha öncə Ələt Azad İqtisadi Zonası üçün Bakı Beynəlxalq Dəniz Limanı ticarət limanı yaxınlığında 719 hektar torpaq sahəsi ayrılmışdı.
[caption id="attachment_132865" align="alignnone" width="640"]
Foto Oxu.az[/caption]