Laçına ailələrin köçü davam edir. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Ümumilikdə 25 ailə, yəni 94 nəfər Laçın rayonun Zabux kəndinə yola düşüb. Bununla da Zabux kəndində 46 ailənin, yəni 188 nəfərin daimi məskunlaşması təmin edilib.