Laçına növbəti köç karvanı yola salınıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Böyük qayıdış layihəsi çərçivəsində Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın şəhərinə daha 17 ailə, yəni 63 nəfər köçürülüb. Onlar şəhərdə bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_121427" align="alignnone" width="640"]
Foto Report.az[/caption]