Laçına köç prosesi davam edir. Bu haqda bu gün, 22 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Böyük qayıdış layihəsi çərçivəsində daha 21 ailə, yəni 81 nəfər Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən doğma yurdlarına yola salınıb. Ötən gün axşam saatlarında yola düşən sakinlər artıq mənzilbaşına çatıblar.
Bununla da Laçın şəhərində 346 ailə – 1326 nəfərin daimi məskunlaşması təmin edilib.