Fevralın 13-də Bakıdakı Gülüstan sarayında müstəqillik dövrünün ən böyük, gücü 1280 MVt olan İES-nin təməlqoyma mərasimi keçirilib. Bu haqda bu gün, 13 fevral tarixində Prezidentin rəsmi saytında məlumat yayılıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
“Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü tədbirdə İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik”, - deyə dövlətin başçısı vurğulayıb.
[caption id="attachment_90497" align="alignnone" width="640"]
Foto President.az saytı[/caption]