Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Qərar MSK-nın bu gün, dekabrın 19-da keçirilən iclasında qəbul edilib. Bu haqda bu gün Bakuplus.az məlumat verir.
Dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində öz namizədini təqdim edib. Növbəti gün YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib.
7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.