Bakıda və ölkə ərazisində silah-sursatın könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polislər ümumilikdə avtomat, qumbara, 2 alışdırıcı, 2 patron darağı, 596 ədəd müxtəlif çaplı patron və 5 müxtəlif markalı tüfəng təhvil alıblar.
Əlavə olaraq keçirilən əməliyyatlar nəticəsində 1 tapança, 3 müxtəlif markalı tüfəng, 1 patron darağı və 8 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.