Ölkə ərazisində “Toyota Prius” markalı avtomobillərin satışı kəskin artıb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az xəbər verir.
Martın 28-dən yerli elan saytlarında “Prius”ların kütləvi satışına başlanılıb. Belə ki, satışların sayı təqribən 4 dəfə artıb.
Ötən gün Nazirlər Kabinetinin qərarına əsasən, 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyat vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.