Bakıda və respublika ərazisində qanunsuz əhəngdaşı hasilatı faktları aşkar olunub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
Paytaxtın Qaradağ rayonunda yerləşən “Güzdək” əhəngdaşı yatağında və ölkənin digər bölgəsində naməlum vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahələri zəbt olunub və qanunsuz hasilat aparılıb. Nəticədə təbiətə 109.000 manatdan artıq ziyan vurulub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işləri başlanılıb və istintaqın aparılması üçün sənədlər daxili işlər orqanlarına göndərilib.