Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən xəbər verir.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi 1 may 2023-cü il saat 06:00-a qədər uzadılıb.