Bakıda və respublika ərazisində sakinlər qanunsuz saxlanılan silahları könüllü təhvil veriblər. Bu haqda bu gün, 12 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Yanvarın 11-də ölkə ərazisində polis əməkdaşları vətəndaşlardan 2 avtomat, 2 tapança, 8 müxtəlif markalı tüfəng, 3 patron darağı və 63 müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.