Sakinlərin könüllü olaraq silah-sursatları təhvil vermələri davam edir. Bu haqda bu gün, 28 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 27-də paytaxtda və ölkənin müxtəlif rayonlarında sakinlər polis əməkdaşlarında avtomat, 4 müxtəlif markalı tüfəng və 8 ədəd müxtəlif çaplı patron təhvil veriblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam edir.