Bakıda və ölkə ərazisində vətəndaşlar qanunsuz silah-sursatı təhvil verməyə davam edirlər. Bu haqda bu gün, 9 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Yanvarın 8-də paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər 7 avtomat, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 30 müxtəlif markalı tüfəng, 10 patron darağı və 766 ədəd müxtəlif çaplı patronu polis şöbələrinə təhvil veriblər.
Əlavə olaraq keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan 4 tapança, 16 müxtəlif markalı tüfəng, 5 patron darağı və 28 müxtəlif çaplı patron aşkar edilərək götürülüb.