Bakıda və ölkə ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 26 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Dekabrın 25-də paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər polisə avtomat, tapança və 9 müxtəlif markalı tüfəng təhvil veriblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.