Paytaxtda və respublika ərazisində könüllü olaraq qanunsuz silah-sursat təhvil verilməsi davam edir. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Noyabrın 18-də və 19-da polis əməkdaşları vətəndaşlardan 2 avtomat, 5 qumbara, 6 patron darağı, 530 müxtəlif çaplı patron və 45 müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Əlavə olaraq, əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 23 ov tüfəngi aşkar edilərək götürülüb.